Thursday, March 29, 2012

Chocolate Cafe - The Chocolate Story....


Once upon a time (three millenia ago to be more exact) Theobroma cacao trees were cultivated in Latin America countries (Theobroma in Latin means food of the gods). The name chocolate is derived word from Aztec xocolātl which means bitter water. Originally the seeds of cacao tree have a bitter taste - in order to develop its taste and flavor the seeds must be fermented. 


The main usage of chocolate both in Mesoamerica and in Europe was as a bitter drink (sweet drink was founded in Mesoamerica in 1100's). The Spanish people had brought the cacao seeds and its knowledge to Spain and to Europe. However it was spread so quick and became so famous. In the 18th century Industrial Revolution took place and in Turin solid chocolate was produced.

So this is how the legend started... 

The cacao history of Azerbaijan remains a mystery for those who do not know. However the history of cacao continues in Chocolate Cafe in Baku. 

In the Inner City, on the left side of Kichik Qala Street (number 124) a cafe is present - named Chocolate Cafe. After knowing all this history about cacao visiting this place seemed necessary. And we have entered a chocoholic heaven... When looked from outside Chocolate Cafe is indistinguishable from any other cafe, but step inside you will enter a high ceiling, genuinely designed cafe/restaurant. Starting from its design to its colors, its settings to it WC, its wallpapers to its lights - Chocolate Cafe is a genuinely different place.

As soon as we entered the waiter (who has uniforms - and who are easy to reach) approached for the orders. The menu of this specific place has food choices unlike its other places in the city. We wanted a recommendation from the waiter - and the waiter suggested us a "Chocolate Volcano" (he said we cannot find this in any other place - but since we do not go to random places when we are free to look for a chocolate volcano - this information cannot be confirmed) which takes 15 minutes to be prepared. We have ordered "Chocolate Volcano ", "Chocolate Brownie" and "Vanilla Cappuccino" as a drink.

The cappuccino’s came in 5 minutes. The sugar cases had the label of "Chocolate Cafe" which was good rather than factory products for sugar. The Vanilla Cappuccino tastes good - however the taste is not a special one.

In 10 minutes the Chocolate Brownie came with ice-cream besides. This American type warm Chocolate Brownies with walnuts in them topped by hot chocolate and ice-cream besides is something to be tasted and to be experienced. It is warm and soft. The walnuts give the brownie a flavor which tastes good in the mouth - so you want more...

In 5 minutes all this Brownie experience was over - and in total duration of 15 minutes after ordering the chocolate volcano - The Chocolate Volcano arrived. The look was amazing, ice cream besides looked good... Everything started to look blurry and only focus area was the dish itself. So the first attack towards the chocolate volcano was made - the thin layer of cake was digged in and the fork penetrated the soft and warm core of the chocolate volcano as the steam was rising from the gap. And this was it - the legendary chocolate volcano was tasted. It looked good, it smelled good, it tasted good, it is good... 

During our nicely spent time at this cafe the only issue which has bothered us was the ice-cream because it was frozen and ice was the taste which was taken from the ice-cream.
And as all the happy stories end - this has also ended. However even though the taste of the chocolate special to Chocolate Cafe is gone - its legend will still remain. Within the city...

Place/Atmosphere: 10.0
Service: 8.5
Product: (Vanilla Cappucino: 7.5, Chocolate Brownie: 8.5, Chocolate Volcano: 10.0)
Cost/Worth: 9.0
Overall: 9.0





Şokolad Hekayəsi…
 
Biri var idi biri yox idi bir şokolad əfsanəsi var idi. Uzun zamanlar öncə daha dəqiq olsaq üç minillik öncə Latın Amerikasında Theobroma kakao ağacları əkilirdi (Theobroma latınca “Tanrıların ağacı” deməkdir). Şokolad sözü qədim Aztek dilindən götürülüb və mənası “acılı su” dəməkdir. Kakao ağacının toxumları əslində acılı dad verir. Onun dadını artırmaq və onu istifadəyə yararlı etmək üçün toxumları fermentləyirlər.

Hələ ilk insanın kosmosa çıxmasından, soyuducunun icadından, Facebook, Twitter və Ərəb Baharından çox-çox öncə insanoğlu Mesoamerikada və Avropada şokoladı acılı içki kimi istifadə edirdi. Sonralar İspanoğulları kakao toxumlarını və onun istifadə qaydalarını İspaniya elinə və bütün Avropaya gətirdilər. Beləliklə bütün Avropanı yeni Tanrı Ağacının toxumları bürüdü. Onlar çoxaldılar və qısa bir zamanda məşhur oldular. 18-ci əsrdə baş vermiş Sənaye İnqilabı Turində bərk şokoladın kəşf olunmasına gətirdi.

Beləliklə kakaonun sonu görünməyən hekayəsi daha fərqli məcrada davam etməyə başladı.
Azərbaycanda isə kakaonun məşhurluğu və tarixçəsi bizə bəlli deyil. Amma bircə şeyi çox yaxşı bilirik Hekayənin çox aktual olduğu yerlərdən biri də Bakıdakı Chocolate Café-dir (Kafe Şokolad).

Chocolate Café İçərişəhərdə Kiçik Qala küçəsinin sol cərgəsində (nömrə 124) yerləşir. Hekayənin və həqiqətin axtarışında biz Chocolate Cafe-yə təşrif buyurduq. Sən demə biz şokolad cənnətinə iki nəfərlik bilət udmuş xoşbəxtlər idik. Çöldən baxanda Chocolate Cafe digər kafelərdən fərqlənməyən bir yerə bənzəyir amma bu fikir siz içəri girən kimi yox olacaq. Gözləntilərimizdən fərqli olaraq tavan çox yüksək. Dizayn isə çox gözəl və maraqlı idi. 

Dizaynda istifadə olunmuş rənglərdən tutmuş tualetinə (Bəli, Bəli məhs sizin üçün biz məcburi olaraq tualete də getməli olduq ki, yoxlayaq) kimi sözün yaxşı mənasında Chocolate Cafe fərqli bir məkandır.

Biz içəri daxil olan kimi xüsusi geyimi ilə fərqlənən ofisiant bizə yaxınlaşdı və yardımçı olmağa çalışdı. Şəhərin digər yerlərindəki kafeləri kimi buranın da menyusu yemək seçimlərində kifayət qədər boldur. Ofisiantdan bizə sifarişimizdə yardımçı olmasını xahış etdik və o bizə Chocolate Vulcano-nu (Şokolad Vulkan) məsləhət gördü (dedi ki, bunu başqa heç bir yerdə tapa bilmərik. Bizim də boş vaxtımızda rast gələn yerlərə gedib Şokolad Vulkanını tapmağa imkanımız olmadığı üçün bu məlumatı təsdiqləyə bilmərik. Şokolad Vulkanın hazırlanması 15 dəqiqə vaxt apardı. Sifarişimiz isə belə oldu "Chocolate Volcano ", "Chocolate Brownie" və içki kimi "Vanilla Cappuccino".

Kappuçinolar 5 dəqiqəyə təqdim olundu. Təqdim olunan kappuçinolar ilə bərabər verilən şəkər tozu paketləri üzərində Chocolate Cafe yazısının olması çox xoş idi. Branding-in yaxşi aparəlmasının nümunəsi idi. Vanilla Kappuçino yaxşı idi amma onu xüsusi edəcək bir dadı yox idi.

10 dəqiqədən sonra isə Şokolad Bravni yanında dondurma ilə təqdim olundu. Brovnilər qozlu idi. Şokoladın dadı və dondurma dada dad qatırdı. Mütləq dadına baxılmalı bir desertdir. Yumşaq və isti olması çox gözəl idi. Yedikcə daha çox yemək isteyirsən və bu anda fizikanın bütün qanunlarını alt-üst edərək bravninin bitməməsini arzulayırsan.
Bravnilərin məhvi (yeyilib bitirilməsi) 5 dəqiqə çəkdi. Sonra Şokolad Vulkan gəldi. Görüntü mükəmməl idi. İki dondurma topu da görüntüyə məxsusi gözəllik verirdi. Beləliklə kod adı “Vulkan” olan Şokolad Vulkanın ifşa olunması əməliyyatı başladı. Üzəri nazik biraz sərt keks təbəqəsi ilə örtülən Vulkanın içində isti şokolad var idi. Sözün əsl mənasında lavadan tüstü çıxırdı. Amma Vulkanımız sönmüş vulkan növündən idi. Ancaq Vulkanı yedikcə içimizdə bir vulkan oyanırdı. Sanki Tanrıların özü bu Vulkanı hazırlamışdı. Dadı əla, qoxusu əla, özü də əla!
Chocolate Café-de keçirtdiyimiz gözəl vaxt ərzində tapa bildiyimiz yeganə mənfi cəhət dondurmaların buzlu olması idi. Dondurmanin dadını heç curə ala bilmədik.

Bütün hekayələrin xoşbəxt olsa da bir sonu var. Bu hekayənin də bir sonu. Chocolate Cafe-yə ziyərətimiz bitsə də məkanın təqdim etdiyi desertlərin əfsanəvi dadı hələ də yadımızdadır. Bu dad yaşayır. İçərişəhərdə. Qala Divarları arxasında Tanrıların himayəsi altında Chocolate Cafe-də layiq olan ziyarətçilərini səbirlə və inamla gözləyir.

Məkan\Atmosfer: 10.0
Xidmət: 8.5
Məhsul: (Vanilla Kappuçino: 7.5, Şokolad Bravni: 8.5, Şokolad Vulkan: 10.0)
Dəyər/Qiymət: 9.0
Toplam: 9.0

1 comment:

  1. İçərişəhərdə yerləşən Şokolad kafedə cəmi 1 dəfə olmuşam.İçəridəki atmosfer musiqi çox bəyənmişdim.Onu da deyim ki bu mənim önəmli və romantik görüşüm idi və buranı seçdiyimə peşman olmadım.

    Kofe Latte-əladan da əla idi.
    Şokoladlı çizkeyk
    və əlbəttə dadı damağımdan getməyən Tiramisu !

    Servis də məncə 9 bala dəyərdi.

    Təxminən 4 saatımı orada keçirdim.

    Bir də getmədim..Çünki ora barədəki xatirəm olduğu kimi gözəl qalsın istəyirəm..Blogunuz əladır uşaqlar!

    ReplyDelete