Wednesday, April 25, 2012

Scalini - A glimpse of Italia


Scalini - A glimpse of Italia

Date: 20.04.2012
Time: 19.15
Price Range: 30 AZN
Address: Bakikhanov St. 2, Nasimi

Spaghetti and Pizza (Pizzeria) - two words which brings one country to mind: Italy. Even though Pizza's origin of invention is Greece and the derivation of Spaghetti is from China's Laghman (Uyghur) or Lamian (Chinese) they are accepted as dishes from Italian cuisine.
However nowadays every country has changed these dishes according to their own culture. With a purpose of finding an Italian restaurant in Baku, which can provide us these dishes according to their basic Italian recipes.

Scalini is a place which can be heard by the people who are interested in dining. Actually the place can be considered as one of the brands in dining in Azerbaijan. Maybe not many people would know about it, but Scalini is the place where Pierce Brosnan dined during filming as a James Bond in World Is Not Enough. And not only for that but also world famous tenor for performing the operas of Verdi and Pucccini.

Knowing all these information about Scalini, our decision of choosing an Italian restaurant was totally bias and not objective. With a very successful design, yellowish/brown colors, comfortable tables and considerably wide space Scalini impresses its guests. With its retro pictures from 1950's you can even see Sophia Loren from the back. All these attributes may make you feel that you are in Italia, if you are in the mood. And just in that moment you will see the pictures of Baku from the early 20 century along with an Azerbaijani flag - reminders of where you actually are. However having Sophia Loren there, even from the back is extremely beautiful.

There are two parts to the restaurant, even though food is served in both parts - one side looks more like a cafe. If there are many people in the restaurant the noise level may disturb you.

It must be noted that Scalini's working hours are:
Mon - Sat: noon – 14:30, 19:00 – 23:00
Sun: noon – 22:30

As soon as we have entered, we were faced with an empty restaurant. And with the privilege of being the first clients - we have used all the time to occupy the waiter about suggestion he can give on what we could have tried. Finally after negotiating with the waiter we have chosen; Spaghetti Aglio Olio E Peperoncino and Pizza Verdure (vegetables). And as every traditional Italian person would do - we have asked for spaghetti to arrive before the pizza.

The spaghetti's arrived in 8 minutes. We have chosen a spicy spaghetti. Along with it black pepper (in a hand-mill), Parmesan cheese and olive oil was also brought. Starting from the first spaghetti pieces which had been put to our mouth, the special taste and quality has been felt. And with each bit that taste had become more and more tastier... The spicy taste along with a bit of Parmesan cheese, plus a bit of hand-milled black pepper had made it perfect. AG's had even thought of having the second dish.

However priorities first, the pizza came and spaghetti was forgotten. Even though Pizza Verdure is a vegetable pizza - the AG's requested that the southern hemisphere of the pizza to be a classic Pizza Verdure and the northern hemisphere to be with salami. The order has arrived as requested. While having a pizza, the main thing is not to compare it with a pizza from another culture. The pizza's around the world may differ, and it does. This one was a classic Italian pizza. With its well balanced eggplants, zucchini, cheese and tomato sauce flavor gave pizza a good taste. If you would be surprised why the zucchini and eggplant were put in big pieces - you may just think that these people are Italian...

And as every good thing ends the dishes in our plates also ended. And what we have remembered from this dining experience is the perfect spaghetti, Italian pizza and Sophia Loren...

Ratings

Place/Atmosphere: 9.0
Product: 9.0 (Spaghetti: 10.0, Pizza: 8.0)
Service: 9.5
Cost/Worth: 8.0
Overall: 8.875





Scalini – İtaliyadan bir işıltı

Tarix : 20.04.2012
Vaxt : 19.15
Qiymət : 30 AZN
Ünvan: Bakıxanov küçəsi 2,

Spagetti və Pizza (Pizzeria) – bu iki sözü eşidəndə adamın ağlına yalnız bir ölkə gəlir : İtaliya. Əslində pizzanın ilk kəşfi Qədim Yunanıstan və Spagettinin əsl vətəni Çin (Böyük ehtimal ki, uyğurlar tərəfindən kəşf olunub) olsa da onlar dünyada daha çox İtaliya mətbəxi nümunələri kimi tanınırlar.Amma bugün İtaliya bu yeməkləri öz mətbəxinə əsasən dəyişib. Bu rəvayətdən sonra biz qərara gəldik ki, Bakıda bizə bu yeməkləri təklif edə bilən bir İtalyan restoranına gedək.

Scalini barədə yeməkdən zövq alan insanlardan çox eşitmişdik. Sözün düzü Azərbaycanda yemək deyəndə Scalini ilk yada düşən məkanlardan biridir. Bəlkə də çox adam bilmir amma bizim səxavətimiz o qədərdir ki, sizinlə kiçik bir sirri bölüşə bilərik – Pierce Brosnan James Bondun World is Not Enough filminin Bakıdakı çəkilişləri zamanı Scalinidə yemək yeyib. Burda yemək yemiş dünyaca məşhur tenorlar Verdi və Puccinini də qeyd etmək olar.   

Scalini haqqında bütün bu məlumatlar olandan sonra biz obyektiv və qərəzsiz bir qərar verə bilmədik. Scaliniyə girdiyiniz ilk andan məkan sizi sarı-qəhvəyi rənglərlə, rahat masaları və genişliyi ilə sizi heyran edəcək. Dizaynda İtaliyanı əks etdirən (1950-ci illər) retro şəkillərdən geniş istifadə olunub. Kefiniz kökdürsə məkandakı şəkillər sizi bir anlıq da olsa İtaliyaya götürəcək. Amma İtaliyaya olan xəyali gəzintiniz uzun çəkməyəcək çünki XX əsr Bakısını əks etdirən şəkillər və Azərbaycan bayrağı sizə harda olduğunuzu xatırladacaq. Ancaq Sophia Lorenin ağ-qara şəkili nəyə desəniz dəyər!

Məkanda iki fərqli yer var – biri daha çox kafeni xatırladır, digəri isə restoran stilindədir. Restoranda çox adam olduğu halda səs-küy sizi narahat edə bilər.

Qeyd edək ki Scalinin iş vaxtları :
Bazar ertəsi – Şənbə saat 14:30-dan 23:00-a kimi
Bazar günü isə 12:00-dan 22:30-a kimidir

Məkana daxil olanda orası boş idi. İlk müştəri olma fürsətindən istifadə edərək biz ofisiantın bizə sifarişimizdə yardımçı olması üçün keçirtdiyimiz vaxtı gen-bol istifadə elədik. Uzun müzakirələrdən sonra qərar qəbul olundu – Spaghetti Aglio Olio E Peperoncino və Pizza Verdure (tərəvəzlər). Özünə hörmət edən bütün italyanlar kimi biz də spagettinin birinci gəlməsini istədik.

8 dəqiqəyə spagettilər qarşımızda idi. Sifarişimiz acılı spaghetti idi. Bunların yanında bizə parmejan pendiri, istiot və zeytun yağı təqdim olundu. Spagetti ilk sınaqdan üzü ağ çıxdı! Dadı və bişirilməsi çox gözəl idi. Adam yedikcə yemək istəyirdi! Bir azca parmejan pendiri və qara istiot qarışdıranda dad mükəmməl olur (baxır sizin zövqünüzə). Daje (rus dilindən tərcümədə Hətta) istədik ikincisini sifarış edək amma qarnımızın həcmi pizzanı sual altına alcağından çəkinərək fikrimizdən daşındıq.

Elə ki pizza gəldi spaghetti yaddan çıxdı. Bizim sifarış verdiyimiz kimi pizzanın cənub yarımkürəsi klassik Pizza Verdure, şimal yarımkürəsi isə Salami Pizza kimi bişirilmişdi. Pizza tam vaxtında gəldi – spagettidən qısa bir ara sonra. Scalinidəki pizzanı yeyərkən onu digər mətbəxlərin pizzaları ilə müqayisə etməyin. Dünyada fərqli pizza növləri var və onlar dadına, görünüşünə və s. xüsusiyyətlərinə görə fərqlənirlər. Bizim sifarişimiz klassik İtalyan pizzası idi. İngredientlərin (badımcan, zucchini,pendir və tomat sousu) düzgün nisbəti pizzanı dadlı etdi. Birdən, işdi fikirləşsəz ki, badımcan və zucchininin (yəni yunan balqabağı) pizzada nə işi var, onda cavabımız sadə olar – İtaylanlara görə belə məsləhətdir!

Hər şey kimi yeməklərin də sonu var. Geriyə qalanlar isə həmişə xatirə kimi qalır – mükəmməl spaghetti, italyan pizzası və Sophie Loren…


Qiymətləndirmə:

Məkan/Atmosfer: 9.0
Məhsul: 9.0 (Spagetti: 10.0, Pizza: 8.0)
Xidmət: 9.5
Dəyər/Qiymət: 8.0
Toplam: 8.875

No comments:

Post a Comment