Monday, May 7, 2012

Cafe Arabesque - or something oriental


Cafe Arabesque - or something oriental

Place: Cafe Arabesque
Date:02.05.2012
Location: Yusif Məmmədəliyev 19, AZ1000 Baku, Azerbaijan
Price Range: 20 AZN - 100 AZN

An idea which has started from 16th century is now the popular in most of the world as an eastern kind of tobacco consumption. Many of the ideas which we are using today are the ideas which has been came up with couple of hundred years ago. Nargile/hookah/waterpipe or qelyan (in Azeri) is the idea which we are have written about. In Azerbaijan there are many places where they offer qelyan - and there are also many places which are professional in offering this special instrument for consuming tobacco. The main important difference between qelyan and tobacco smoking is
that qelyan requires a certain amount of time to spend time with - whereas tobacco smoking is done in a shorter amount of time (preferably at a coffee break). So if you have enough time for couple of hours and you would like to try different fruity tobacco flavors along with tea (chai in Azeri) qelyan can be a good choice.

As it was mentioned before there are many places who are professional in qelyan preparation with different flavors in Azerbaijan. However we wanted to try an authentic place. That is why we have chosen Cafe Arabesque. An Egyptian place in the center of the city, with an Egyptian chef - offering not only qelyan and chai but also Egyptian food. The good thing about Cafe Arabesque is that most of their ingredients are brought from Egypt. So the decision was made after knowing this information. The place has two entrances side by side, each door opens to a different part of the Cafe. There are two sections and two floors in the cafe. In the design it can be seen that dark colors such as red, purple, brown and black has been used. The lighting was mostly made by yellow lights instead of white fluorescent lights, which actually fits the place perfect combining with the authentic designing that has been conducted in the place. Materials for usage from the Arabic world has been placed, the seats, sheets etc. As soon as we have entered a waiter welcomed us and showed us a place on the second floor. Two menu's were given to us to choose. However we asked the waiter about the special product that we can have at Arabesque. After discussing the possibilities we have decided on black tea with thymes in teapot, feijoa jam and qelyan with green apple and mint passing through grapefruit.

The design of the place is relaxing and oriental except the music which is western. Not the best combination. In the left section of the cafe on second floor there is the place where you can take off your shoes and sit on the floor and have your tea and qelyan there. That place is for a large group. Our tea and feijoa jam came rapidly. Regarding the jam, feijoa (acca sellowiana) is not a very common or internationally known fruit because it is mainly growed in Azerbaijan, Georgia, Australia and South Africa. Amazing it becomes when it is a jam. Combining it with tea makes it even perfect.

And in 10 minutes our qelyan has arrived. The waiter who has brought the qelyan is a professional and experienced in the area. Since he prepares qelyan everyday his lungs have been expanded and he looks like a man who has done training for his chest. But this is all the result of qelyan preparation. Helps you with your chest. As ordered the qelyan came with green apple and passing through grapefruit. The qelyan culture is about having free time for couple of hours, resting sitting on a relaxed chair or on the floor. And usually a normal qelyan session takes about an hour. Even though it is considered that qelyan smoking has less effects than a smoking cigarettes - in one hour of qelyan smoking the amount of tobacco consumption is more than the nicotine from cigarettes. However the combination suggested, discussed and agreed was very successful. As usual people would do, we have spent about 1, 1.5 hour of qelyan smoking. The coal is being put on top of the qelyan which enables you to burn the flavored tobacco and the smoke comes through the water and grapefruit to your mouth. The smoke is not inhaled it is just kept in the mouth and exhaled. In the exhalation process if you are capable and creative with your mouth, lips and tongue various objects can be made with the smoke as the exhalation process takes about 5 seconds of heavy smoke.

The coal must be changed in every 25-30 minutes to keep the level of smoking quality. However it has taken them 20 minutes to change the coal of the qelyan.

Overall, if you are looking for an oriental place with authentic design Cafe Arabesque is one of the places that can be visited for qelyan , chai and amazing feijoa jam.

Ratings:
Place/Atmosphere: 9
Product: 9 (Qelyan: 9, Chai: 8, Feijoa Jam: 10)
Service: 6.5
Cost/Worth: 8
Overall: 8.125






Məkan: Kafe Arabesque
Tarix:02.05.2012
Yerləşmə: Yusif Məmmədəliyev 19, Bakı, Azərbayan
Qiymət aralığı (diapazonu) : 20 AZN - 100 AZN

Tütün istehlakının Şərq variant 16-cı əsrdə başlamış və indi dünyanın əksər yerlərində çox məşhurdur.Əslində gündəlik həyatımızda istifadə etdiyimiz yeniliklərin, ideyaların çoxusu güman etdiyimiz qədər də qədim deyillər (onların cəmi bir-iki yüzillik yaşı var). Bizim bu məqalədə yazdığımız ideya QƏLYANDIR. Azərbaycanda qəlyan çəkmək üçün müxtəlif yerlər var və elə xüsusi yerlər var ki, sözün əsl mənasında qəlyan üzrə ixtisaslaşıblar. Qəlyan və siqaret çəkməyin əsas fərqi ondadır ki, qəlyan çəkmək üçün müəyyən vaxt keçirmək lazımdır (siqaret çəkmək üçün keçirilən 4-5 dəqiqədən daha çox). Deməli sizin vaxtınız və axotunuz (rus dilindən “hal, əhvalkimi tərcümə olunur) varsa və fərqli meyvə dadlı tütünün ləzzətini almaq istəyirsizsə onda qəlyanı sınamağa dəyər. Unutmamış qeyd edək ki, qəlyanın yanında çay da əla olar. İkisi birlikdə yaxşı gedir.

Bayaq qeyd etdiyimiz kimi, Azərbaycanda qəlyan üzrə ixtisaslaşmış məkanlar kifayət qədərdir. Ancaq biz qəlyanın əsl məkanına getmək istədik. Ona görə Kafe Arabesque-i seçdik. Kafe Arabesque şəhərin mərkəzinə çox yaxındır (əslində elə şəhərin mərkəzindədir). Misir stilində misirli baş aşbazı olan bir kafedir. Burda nəinki çay və qəlyan təklif edilir burda müxtəlif misir yeməkləri də təklif olunur. Məkanı unikal edən nüanslardan biri də odur ki, onlar ingredientlərin əksəriyyətini Misirdən (bəli, bəli Misirin özündən) gətirirlər. Bu qədər maraqlı və cəlbedici məlumata sahib olandan sonra qərarımızı verdik. Kafenin müxtəlif yerlərinə açılan yanaşı iki qapısı var. Məkanın iki bölməsi var və iki mərtəbəlidir. Dizaynda tünd rənlərdən istifadə olunub (qırmızı,bənövşəyi,qəhvəyi və qara). Məkanın işıqlandırılmasında ağ flyuoressent (mərc edərəm bu sözü birinci dəfədir ki, oxuyursuz) lampalar əvəzinə közərmə lampalarından istifadə olunub. Bu da məkanın özünə məxsus dizaynı ilə çox uyğundur. Masalar, süfrələr hamısı Ərəb dünyasındandır. Biz içəri daxil olan kimi ofisiant bizi qarşıladı və ikinci mərtəbədə yer təklif etdi. Menyular təqdim olundu. Adəti üzrə ofisiantımızdan Arabesque-ə məxsus xüsusi seçimlərin təqdim olunmasını xahiş etdik. Uzun sürən danışıqlardan sonra qərara gəldik ki, kəklik otu ilə qara çay sifariş edək. Çayın yanında feyxoa mürəbbəsi sifarış etdik. Qəlyanı isə greypfrutda yaşıl alma və nanəli götürdük.

Məkanın dizaynı çox sakitləşdiricir. Amma burdakı musiqi qərb musiqisidir. Bu da heç uğurlu seçim deyil. Kafenin sol tərəfində ikinci mərtəbədə xüsusi bir yer var ki, ora daxil olanda ayaqqabılarınızı çıxarıb yerdə əyləşirsiz (və qəlyan,çayın dadını çıxarırsız). O yer geniş olduğundan qrup halında olanlar üçün məsləhətlidir. Çayımız və feyxoa mürəbbəsi dərhal gətirildi. Mürəbbəyə gəlincə qeyd edək ki, feyxoa beynəlxalq aləmdə o qədər də məşhur bir meyvə deyil. Çünki o əsasən Azərbaycanda, Gürcüstanda, Avstraliyada və Cənubi Afrikada bitir. Ona görə feyxoa analogu olmayan meyvə sayıla bilər. Feyxoa mürəbbəsinin çay ilə kombinasiyası mükəmməl olur.

Növbəti 10 dəqiqə ərzində qəlyan da gətirildi. Bəxtimizdən qəlyanı gətirən ofisiant işinin peşəkarı idi. Bütün günü qəlyan hazırladığından qaqaşın ağ ciyərləri genişlənib və baxanda adama elə gəlir ki, o bütün günü sinəyə işləyir. Amma bunların hamısı qəlyanın gündəlik hazırlanmasından irəli gəlir. Sinənizə kömək edir. Sifariş olunduğu kimi qəlyanımız greypfrutda yaşıl alma və nanə ilə gətirildi. Qəlyan mədəniyyəti tamamilə xoş vaxt keçirməkdən və istirahətdən ibarətdir - rahat bir yerdə əyləşib saatlarlar qəlyanın dadını çıxarmaq. Adətən qəlyanaterapiya (özümüzdən yeni söz kəşf etdik) bir saata qədər çəkir. Əslində qəlyan çəkmənin zərərinin siqaretlə müqayisədə daha az olduğu deyilsə də qeyd edək ki, bir saat ərzində qəlyan çəkərkən siz daha çox nikotin alırsız nəinki siqaret çəkərkən. Unutmamış deyək ki, sifarişimiz çox uğurlu alındı. Lyuboy (ruscadan tərcümədə istənilən deməkdir) yeyib-içən oglan kimi biz də qəlyanaterapiya üçün bir saat saatyarım vaxt sərf etdik. Bilməyənlər kiçik bir haşiyə - kömür (köz) meyvə dadlı tütün üzərinə, falqanın ustünə, qoyulur ki, tütünü yandırmasın. Tüstü də grepfrutdan və sudan keçərək ciyərlərinizə dolur. Tüstü qəlyandan yalnız siz onu çəkərkən çıxır. Digər zaman içəridə qalır. Qəlyanın qatı tüstüsündən dolayı tstünü buraxmaq 5 saniyəyə yaxın vaxt apara bilər. Bu zaman ərzində əgər siz kifayət qədər kreativsinizsə və dodaq, ağzınız və dilinizdən düzgün istifadə edə bilirsinizsə qatı tüstüdən müxtəlif formalar çıxara bilərsiz. Necə deyərlər bacarana can qurban!

Kömür hər 25-30 dəqiqədən bir dəyişdirilməlidir ki, qəlyanın keyfiyyəti itməsin. Amma təəssüflə qeyd edirik ki, kafedə bizim kömürümüzü dəyışmək xahişini 20 dəqiqəyə yerinə yetirdilər.

Son olaraq deyək ki, oriental və fərqli (sözün yaxşı mənasında) bir yerə getmək istətyirsinizsə Kafe Arabesque məsləhət görəcəyimiz yerdir. Hələ çayı, qəlyanı və feyxoa mürəbbəsini demirik. 

Qiymətləndirmə:

Məkan/Atmosfer: 9
Məhsul: 9 (Qəlyan: 9, Çay: 8, Feyxoa Mürəbbəsi: 10)
Xidmət: 6.5
Qiymət/Dəyər: 8
Toplam: 8.125

No comments:

Post a Comment