Friday, May 11, 2012

Mado - Turkish One


Mado - Turkish One

Place: Mado
Location: Merdanov Qardaslari str. 3, (Nearby Russian Theatre of Drama)
Date: 28.04.2012
Price Range: 2 AZN - 50 AZN

We have reached the spring season since Novruz Holiday (21st of March) and we are on our way to summer. People are on their way to prepare themselves to summer by; diets, summer workouts, tattoos etc. This tendency will keep people busy until
October or fall/autumn season. Of course one of the most important thing in the summer is the cold beverages and ice-cream. Some people will try ice cream which they have bought from freezers in the market - but they have to be careful, because some of them are left from last year. In order to avoid any unpleasant situations a suggestion of checking the expiry date can be checked. Other people will go to places where they offer ice-cream, does not matter if its original or not. However us as AmateurGourmets have a responsibility to try the good products. So that is why we have chosen Mado this time for trying an original ice-cream from Kahramanmaras (Turkey). Mado is actually the abbreviation for Maras Dondurmasi = Mado. They are one of the two companies who are exporting the Maras ice-cream to the world.

Mado is considerably a new place in Baku. Originally based in Kahramanmaras (Turkey), a company whose expertise is the special ice-cream preparation of the region. However as the company has expanded they have included Turkish desserts, patisserie and food in their menus. And these are also what Mado in Baku offers. The place is nearby the Russian Theatre of Drama. A two floor place and a considerably big place outdoor in front of the restaurant. Since it is spring season, we have decided to sit outdoors for enjoying the warm wather. However as an information about the indoor area of the place, the first place is high ceiling area which is designed successfully with light colours of cream and beige. You can see and choose the desserts, cakes, waffles and ice-cream options on the first floor as well. However the second floor is a place with short ceiling, close tables, lack of airconditioning (can be bothering if smokers around). Also the second floor has an area which is smoke-free, however the area faces the same problem with the smoking place like short ceiling, close table etc. Taking all of these into consideration, outdoors on a beautiful spring weather has been agreed as the best option.

As soon as we sat down, the waiter came with menus. The menus are prepared very well with helpful images to know what you are ordering. Since our decision was the ice-cream, we have concentrated the original ice-cream from Kahramanmaras. A note should be stated that Mado is the only place in Baku which offers an original Kahramanmaras ice-cream. And as a sider we have chosen a dessert of pistachio rolls. Of course with Turkish tea as a beverage. Since all these ingredients are brought from Turkey, the service duration was rapid. Two pieces of ice-cream for each and two pieces of pistacchio rolls for each and Turkish tea. The speciality of the ice-cream is that it is prepared from goat's milk and mixed with salep. It is thick and hard to dissolve. So the combination of fork and knife is necessary while eating it. Even though they have flavored ones as well, the original is classic without anything. And original is original. Classics never die... Starting from the first piece, you understand that this is a special ice-cream. In the plate of the ice-cream there are two dressings; 1. pistacchio and walnut in small pieces, 2. cherry jam, so you can enrich the taste by using the dressing - or continue by eating original. For those people who are not used to eat ice-cream with fork and knife, it will be a good experience. Useful information do not panic just pretend like you are eating a normal dish - but do not forget that this is a special ice-cream.

The dessert is the pistachio rolls. Amazingly beautiful, incedibly lovely. An energy bomb with the flavor of pistacchio exloding in your mouth can make you forget where you actually are. And also you can make inappropriate voices with pleasure of the dessert. This is a must-try dessert which they should put in tourist books. Turkish people do know what to eat and they are friendly to share...

After having all these incredibly pleasuring dishes, the Turkish tea can be serious and huge let down for those who know the taste of the real Turkish tea. The taste is the Azeri tea but pouring more color is the difference. But since the tastes of the ice-cream and dessert were still in our mouth we were happy.

During the service period you may have some difficulty of reaching the waiters, waiting your order for a long time or them being rude sometimes. However tea and the service should not bother you. Because Mado is the place where you can have the best ice-cream and breathtaking pistacchio bomb...

Ratings:
Place/Atmosphere: 9
Product: (Ice-Cream: 10, Pistachio Rolls: 10, Turkish Tea: 5)
Service: 7
Cost/Worth: 8.5
Overall:8.207









Mado - Türeckiy

Məkan: Mado
Yerləşmə: Mərdanov Qardaşları küçəsi 3, (Rus Dram Teatrı ilə üzbəüz)
Tarix: 28.04.2012
Qiymət aralığı: 2 AZN - 50 AZN

Novruz Bayramından sonra (Martın 21dən sonra) biz yaz mövsümünə girdik və bizlər uğurla üzü yaya doğru addımlayırıq. Bəziləri ciddi bir şəkildə özlərini yaya hazırlamaqla məşğul olacaqlar. Dietlər, yay üçün məşqlər, döymələr və s. Bu tendensiya isə insanları oktyabra yada payıza kimi məşğul saxlayacaq. Yayda ən aktual məsələlərdən biri də soyuq içkilər və dondurmadır. Bəziləri dondurmanı dadmaq üçün onu marketlərdən buz dolablarından alacaqlar. Amma ehtiyatlı olun çünki aldığınız dondurma keçən ildən qalmış ola bilər. Baş verə biləcək hər hansı bir xoşagəlməz haldan özünüzü sığortalamaq üçün dondurmanın son istifadə tarixinə nəzər yetirməniz məsləhətdir. Digər qrup insanlar isə dondurma təklif edilən yerlərə gedecək (fərq etməz həmin məkanlar özləri hazırlayır ya yox). Lakin bizim, Yeyib-İçən Oğlanların, yaxşı sayılacaq məhsulun dadına baxmaq kimi məsuliyyətimiz olduğu üçün dondurmanın dadına baxmaq üçün MADO-ya getdik (Tükiyənin Kahramanmaraş şəhərindən). MADO sözü isə Maraş Dondurması sözündən obrivasiyadır. Mado dünyaya maraş dondurmasını ixrac edən iki şirkətdən biridir. 


Mado Bakıda yeni bir məkan kimi tanınır. Kahramanmaraş kökənli şirkətin əsas işi dondurma hazırlanması və ixracatıdır. Şirkət işini genişləndirdikcə məhsul xidmətlərinə türk desertlərini, qənnadı məhsullarını və yeməkləri əlavə etdi. Bunları da Bakıdakı Mado müştərilərinə təklif edir. Bizim getdiyimiz Mado şəhərin mərkəzinə çox yaxın bir yerdə, Rus Dram Teatrı ilə üzbəüzdədir (Targovaya küçəsinə çox yaxın).  Məkan ikimərtəbəlidir və yaz mövsümü olduğundan restoranın girişində çöldə də böyük ərazini əhatə edir.  Yaz olduğundan gözəl havadan zövq almaq üçün biz çöldə əyləşdik. Məkan haqqında biraz ətraflı məlumat verək. İçəri hissə iki mərtəbədən ibarətdir. Dizaynda işıqdan və yumşaq krem rənglərindən uğurla istifadə ediib. Məkanın hər bir yerində menyu eynidir. Amma ikinci mərtəbənin tavanı çox alcaqdır, masalar bir-birinə çox yaxındır və havalandırmanın zəif olması siqaret çəkməyənləri narahat edə bilər. Amma ikinci mərtəbədə müştərilərin rahatlığı üçün siqaret çəkilməyən yer də var. Ancaq orada da havalandırma və tavanın alcaq olması kimi problemlər var. Bunları nəzərə alaraq gözəl yaz havasında çöldə əyləşmək qərara alındı (həm də küçədən keçən insanlara baxmaq bəhanəsi də oldu). 


Biz əyləşən kimi ofisiant menyuları gətirdi. Menyular çox uğurla hazırlanıb. Belə ki, menyu təqdim olunan məhsulların şəkilləri ilə boldur (sifarişinizi görə bilirsiz). Seçimimiz dondurma olduğu üçün fikrimizi Kahramanmaraşdan olan dondurma üzərində cəmlədik. Bilməniz maraqlı olardı ki, Mado Bakıda Kahramanmaraş dondurmasını təqdim edən yeganə məkandır. Sifarişimiz kəsmə maraş dondurması oldu. Türk çayı ilə desertımizi yaşıl fındıqlı bükmə (pistachio rolls) sifariş etdik. Bütün ingredientlərin Türkiyədən gətirildiyini nəzərə alsaq sifarişimizin gətirilməsi çox az zaman aldı. Hərəyə iki dənə kəsmə klassik maraş dondurması, iki yaşıl fındıqlı bükmə və türk çayı. Maraş dondurmasının əsas özəlliyi onda ibarətdir ki. O keçi südündən hazırlanır və ona salep əlavə olunur. Ona görə qatı və bir qədər sərtdir. Ona görə onu yemək üçün sizə çəngəl-bıçaq təqdim olunur. Kəsmə dondurmaların müxtəlif variantlarının olmasına baxmayaraq klassik olanı heç bir əlavəsizdir. Və təbii ki klassik dondurma elə klassikdir. Elə ona görədir ki, klassik bir şey heç vaxt ölmür (başqa cürə desək “moddan düşmür”). Elə birinci dilimdən başa düşürsüz ki, bu dondurma nəsə məxsüsidir. Fərqli bir dondurmadır. Dondurma ilə birlikdə onun dadına dad qatmaq üçün iki cür əlavələr verilir. Birincisi xırdalanmış  fındıq və qoz, ikicisi isə vişnə sousu. Siz onları dondurmanıza qata bilərsiz vəya sifarişinizi necə var elə də yeyə bilərsiz. Ancaq qeyd edək ki, əlavələri də seçə bilərsiz. Dondurmanı əvvəllər çəngəl-bıçaq ilə yeməyənlər üçün maraqlı bir təcrübə olar. Bunu ilk dəfə sınayanlar üçün məsləhətimiz budur ki, panikaya qapılmayın. Təsəvvür edin ki, bu həmişə yediyiniz adi yeməklərdən biridir. Amma nə badə unudasız ki, bu dondurma çox xüsusidir.  


Desertimiz yaşıl fındıq bükməsi idi. Çox gözəl, xudmani və pakizə bir şeydir. Fındığın və şəkərin o mükəmməl dadı ağzınızda kiçik bir partlayış yaradacaq ki, onun təsirindən siz özünüz də bilmədən zövqünüzdən xəbər verən “qəribə” səslər çıxara bilərsiz. Bu desertə biz “Mütləq Dadına Baxmalısınız” (MDB) statusu veririk. Türklər nə yemək lazım olduğunu çox yaxşı bilirlər və paylaşmaqda da heç zaman xəsislik etmirlər.
Bu xüsusi desertlərdən zövq aldıqdan sonra təəssüf ki, bir nüans sizi çox üzəcək. Əsl türk çayının dadını bilənlər o dəqiqə anlayacaqlar ki, təqdim olunan çay heç də onların öyrəşdikləri türk çayı deyil. Çay daha çox bizim milli çaya bənzəyir. Yeganə fərq ondadır ki, rəndi bir balaca daha tünddür. Amma desertlərin mükəmməl olması çayın gözlənilən kimi olmamasını kölgədə qoydu. 


Xidmət zamanı ofisiantları tapmaq vəya onların sizə yaxınlaşması biraz problemlidir. Bəzən ofisiantlar sizə qarşı kobud olur yada sifarişiniz gecikir. Amma xidmətin yavaş olması və çayın dadında yaşadığınız təəssüfkeşlik sizi narahat etməsin çünki əvəzolunmaz (vəya başqa sözlə desək “analogu olmayan”) dondurma və pistaçolu bükmə keçirilən vaxta müsbət işarəsi qoymağa əsl səbəb olacaq. 

Qiymətləndirmə:
Məkan/Atmosfer: 9
Məhsul: (Dondurma: 10, Yaşıl fındıqlı bükmə: 10, Türk çayı: 5)
Xidmət: 7
Qiymət/Dəyər: 8.5
Toplam:8.207

No comments:

Post a Comment